İyun 21, 2018 20:26 Asia/Baku
  • Mogerinin müavini: Tezliklə 100 şirkət İran tərəfi ilə iş müzakirəsinə başlayacaq
    Mogerinin müavini: Tezliklə 100 şirkət İran tərəfi ilə iş müzakirəsinə başlayacaq

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt bildirib: Avropa nüvə sazişinin qorunmasında daha ciddi olacaq və xüsusi mexanizmlər yaradaraq bu məqsədə çatmağa çalışacaq.

Helqa Şmidt çərşənbə günü Osloda İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşdə Avropa Birliyinin İranla kiçik və orta səviyyəli şirkətlərin ticarət müzakirələrini ehtiva edən sənaye siyasi dialoqu təşəbbüsünə toxunub və deyib: Tezliklə 100 şirkət İran tərəfi ilə iş müzakirələrinə başlayacaq.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin müavini deyib: Avropa sənayesinin 60%-dən çoxunun bu səviyyədə fəaliyyət göstərdiyini nəzərə alaraq Avropa İttifaqının birbaşa iştirakı və dəstəyi ilə əməkdaşlıq üçün münasib çərçivənin yaranacağı gözlənilir. 

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi də bu görüşdə deyib: İran nüvə sazişini qorumaq üçün bir sıra gözlənti, o cümlədən ədalətsiz sanksiyaların praktiki və əbədi olaraq ləğv edilməsi kimi gözləntilərə ehtiyaclıdır. Sanksiyaların davam etməsi ilə yanaşı nüvə sazişinin öhdəliklərini yerinə yetirmək İran İslam Respublikası tərəfindən heç bir vəchlə qəbul edilməycək. 

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Oslo Forumunda iştirak etmək üçün Norveçə səfər edib. 

Teqlər