İyul 09, 2018 15:53 Asia/Baku
  • Dünyanın 140 partiyası İsrail rejiminin boykot edilməsini istəyir
    Dünyanın 140 partiyası İsrail rejiminin boykot edilməsini istəyir

Dünyada 140-dan çox partiya İsrail rejiminin boykot edilməsinin lehinə səs verib.

U-Newsun məlumatına görə, Beynəlxalq Sosializm Şurasının iclasında 140-dan çox partiya İsrail rejiminin boykot edilməsini istəyərək, Fələstin xalqına qarşı rasist hərəkətlər və işğalçılığa son qoyanadək bu rejimlə tam şəkildə ticarət və hərbi əməkdaşlığın qadağan edilməsinə dair cəzaların tətbiq edilməsini tələb edib.

Beynəlxalq Sosializm Şurasının iclası İsveçrənin Cenevrə şəhərində BMT binasında keçirilib. Həmçinin qərara alınıb ki, İsraili boykot etməklə öz investisiyalarını işğal olunmuş ərazilərdən çıxarsınlar və bu rejim əleyhinə cəzalar tətbiq etsinlər.

Beynəlxalq Sosializm Şurası 140-dan çox siyasi partiyaya şamil olur. Bu partiyalar arasında 35 partiya hakim partiyadır.

Fələstin Milli Komitəsi İsrailin boykot edilməsi ilə bağlı bu şuranın qərarını alqışlayıb və bildirib: Bu şuranın İsrail əleyhinə cəzalar təyin olunmasına çağırış etməsi İsraili Boykot Hərəkatı üçün tarixi nailiyyət hesab olunur.

Boykot Hərəkatı dünyanın hər bir yerində o cümlədən, Avropa və ABŞ-da İsrailin investisiyası və məhsullarına boykot istiqamətində fəaliyyət göstərir və sionist rejimlə mübarizə üçün irimiqyaslı addımlar atır.

Teqlər