İyul 16, 2018 08:59 Asia/Baku
  • İnqilab Rəhbəri: Hökumət ABŞ-ın fitnələrini zərərsizləşdirə bilər
    İnqilab Rəhbəri: Hökumət ABŞ-ın fitnələrini zərərsizləşdirə bilər

İslam İnqilabının Böyük Rəhbəri İran hökumətinin lazımi tədbirlər görməklə problemlərin öhdəsindən gələ və ABŞ-ın fitnələrini zərərsizləşdirə biləcəyini deyiblər.

İran  İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər, o həzrətin dəvəti ilə baş tutan ölkə prezidenti və nazirlər kabinetinin üzvləri ilə görüşdə İran prezidentinin Avropada sərgilədiyi mövqeyi qətiyyətli adlandırıb və deyiblər: Əcnəbilər, xüsusilə də ABŞ qarşısında güc mövqeyindən çıxış etmək zəruri məsələdir və bu addım vaxtında, qətiyyətli və aydın formada atılmalıdır.

Həzrət Ayətullah Xamenei ölkənin daxili potensiallarından istifadə edərək, problemlərin həlli məsələsinin ciddi şəkildə izlənilməsinə təkid edərək, deyiblər: Avropalı tərəflər nüvə anlaşması ilə əlaqədar lazımi zəmanətlər verməyə borcludurlar. Amma, ölkə iqtisadiyyatı bu məsələnin əsiri olmamalıdır.

İnqilab Rəhbəri həmçinin, xarici diplomatiya və əlaqələrin hər gün daha artıq genişləndirilməsini zəruri adlandırıb və deyiblər: ABŞ kimi müstəsna halları saymamaq şərti ilə, İranın Şərq və Qərb ilə əlaqələri gücləndirilməli və xarici diplomatiya məqsədyönlü şəkildə aktivləşdirilməlidir.

O həzrət həmçinin, səbatlı iqtisadiyyatın yol xəritəsinin hazırlanmasını zəruri adlandırıb və deyiblər: Əgər iqtisadiyyat üçün yol xəritəsi hazırlanarsa, xalq və iqtisadçılar üzərlərinə düşən vəzifədən agah olar və sabitlik hissi ilə hökumətə yardım edərlər.

Teqlər