İyul 17, 2018 23:07 Asia/Baku
  • Avropa İttifaqı ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı daha bir addım atdı
    Avropa İttifaqı ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı daha bir addım atdı

Avropa İttifaqının Xarici Əlaqələr Şurası ABŞ-ın İran əleyhinə sanksiyalarının önlənilməsi dair qanunun yenilənməsi ilə razılaşıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Aİ dünən bir bəyanat yayaraq, bildirib: Xarici Əlaqələr Şurasının qəbul etdiyi qərarın məqsədi bu qaydaların ABŞ-ın İran əleyhinə ilk sanksiya paketinin bərpa ediləcəyi tarixdən öncə, 7 avqust 2018-ci il tarixinə kimi təkmilləşdirilməsidir.

Bu bəyanata əsasən, Avropa Parlamentinin də müxalifət etməyəcəyi təqdirdə bu qaydaların icra prosesi 7 avqust tarixinə kimi yekunlaşdırılacaq.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri də Brüssel iclasında ABŞ-ın İran əleyhinə sanksiyalarının önləniləsi qaydalarının yenilənməsi ilə razılaşıblar.

Bu qaydalar ABŞ-ın sanksiyaları müqabilində Avropa şirkətlərini müdafiə etməkdir.

Bu qaydalar Avropa şirkətlərinə ABŞ-ın sanksiyalarından doğan zərər və ziyanları kompensasiya etmək imkanı verir.

Avropa İttifaqı ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra "önləyicilik qaydaları"nı yeniləmək və onlara ABŞ-ın İran əleyhinə sanksiyalarını da əlavə etməklə Avropa şirkətlərinin İran ilə iqtisadi və ticarət əlaqələrini qorumağa başlayıb.

Teqlər