İyul 26, 2018 20:28 Asia/Baku
  • İran prezidentinin müavini Ərdəbilə səfər edib
    İran prezidentinin müavini Ərdəbilə səfər edib

İran prezidentinin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsğər Munisan Ərdəbil şəhərinə səfər edib.

İran prezidentinin müavini bu iki günlük səfər çərçivəsində Ərdəbil vilayətində bir neçə layihənin açılış mərasimində iştirak edəcək və bir neçə layihənin icrası ilə yaxından tanış olacaq.

Ərdəbildə əl işləri məhsullarının daimi sərgisi və satış mərkəzinin tikinti-quraşdırma əməliyyatı və Səreyndəki Royal Pakr otelinin istifadəyə verilməsi prezident müavininin iştirak edəcəyi mühüm proqramlardandır.

Munistan həmçinin, Ərdəbil vilayətinə olan səfərində Ərdəbil Günü mərasimində iştirak edəcək, Ərdəbilin imam cüməsi ilə görüşəcək və Ərdəbilin Turizm İşçi Qrupunun iclasında iştirak edəcək.

Şəhidlərin məzarını ziyarət etmək, Şorabil turizm məntəqəsinə baxış keçirmək, Gecələr proqramında iştirak, Səreynin aydın gecələrinə baxışkeçirmək, cümə məscidində olmaq, Şeyx Kəlxoran məqbərəsində olmaq, Fındıqlı turizm məntəqəsinə baxış keçirmək və Fındıqlı meşəsinə səfər İran prezidentinin müavini Əli Əsğər Munisanın Ərdəbilə olan səfərinin digər proqramlarıdır.

Teqlər