İyul 28, 2018 21:44 Asia/Baku

İran və Azərbaycan Respublikasının müştərək ticarət otağının sədri Azərbaycan Respublikasına ixracatın yetmiş faiz artması və bu ölkədən idxalatın 56 faiz azalmasından xəbər verib.

Behruz Poorsoleyman bu gün ISNA ilə müsahibədə 2018-ci ilin 21 martından 21 iyununadək İrandan Azərbaycan Respublikasına ixracat miqdarını on dörd milyon dollar elan edib. O, bildirib ki, bu miqdar 2017-ci ildə səkkiz milyon dollar olubdur və bu, yetmiş faizlik artımdan xəbər verir.

İran və Azərbaycan Respublikasının müştərək ticarət otağının sədri söyləyib: Çəki baxımından İrandan Azərbaycan Respublikasına ixracat miqdarı ötən ilin müvafiq dövründə on altı min ton olubdur ki, cari ildə bu rəqəm qırx min tona çatıbdır. Bu da ixracatın çəki və ticarət balansı baxımından 153 faizlik artımını göstərir və bu, çox müsbət bir göstəricidir.

İran İslam Respublikası Azərbaycan Respublikası ilə Şahtaxtı-Poldəşt, Culfa, Biləsuvar və Astara kimi dörd sərhəd keçidinə malikdir ki, bu gömrüklər iki ölkənin turizm və iqtisadi inkişafı və rövnəqində mühüm rol oynayırlar.

Teqlər