Avq 13, 2018 22:06 Asia/Baku
  • İranın müdafiə sahəsindəki yeni nailiyyətləri
    İranın müdafiə sahəsindəki yeni nailiyyətləri

İranın müdafiə sahəsindəki yeni nailiyyətləri bu gün Tehranda təqdim olunub.

Bu nailiyyətlərə "Fatehe Mobin" raketini, "Hodhod-4" tipli şaquli uçuşlu quadkopteri, yanğına qarşı sursatlar qutusunu, həmçinin nəzarət və komandanlıq sistemini misal çəkmək olar.

Modern və elektron axtarıcı başlığa malik quru və dəniz üzrə dəqiq vuran raketlərin yeni nəslindən olan "Fatehe Mobin" raketi sutka boyu, həmçinin yağış, meh və düşmənin elektron müharibəsi daxil olmaqla fərqli ab-hava və döyüş şəraitlərində quruda və dənizdə nəzərdə tutulan xas hədəfləri vura bilir.

"Hodhod-4" tipli şaquli uçuşlu quadkopter isə yüz kilometrlik mənzil, dörd saatlıq ardıcıl uçuş və 20 kiloqram çəki ilə isti yükləri daşımaq qabiliyyətinə malikdir.

Nəzarət və komandanlıq sistemi də məntəqədə əməliyyat bölmələri arasında kod və şifrə formasında səs, təsvir və data əlaqələri qurmaq bacarığı ilə kompüter sisteminə qoşulan bütün cihazlar üzərində quraşdırılmaq qabiliyyətinə malikdir.

Yanğına qarşı sursatlar qutusu isə üç saat ərzində 1200 dərəcə istiyə davamlı, həmçinin suya və zərbəyə qarşıdır.

Teqlər