Avq 17, 2018 15:59 Asia/Baku
  • Azadələrin islami vətənə qayıdışı günü
    Azadələrin islami vətənə qayıdışı günü

Bu gün 17 avqust azadələrin islami İrana qayıtmalarının ildönümü gününə təsadüf edir.

1990-cı il avqust ayında islami İran uzun illər İraqın bəs rejiminin qorxunc məhbəslərində əsir qaldıqdan sonra nəhayət islami vətən torpağına addım qoymalarının şahidi oldu.

Azadələrin uzun illər ağır işkəncələrdən sonra vətənə qayıtmaları, İran xalqının düşmən qarşısındakı müqavimətinin, islam inqilabının böyük rəhbəri tərəfindən müəyyənləşdirilmiş strateji çərçivədə hərəkətinin nəticəsi idi.

Azadələrin islami vətənə qayıtmaları həmçinin İraqın bəs rejiminin İrana qarşı 8 illik müharibəsi dövründə İran xalqının düşmənlərin tamahkarlıqları qarşısında öz prinsiplərinə, amallarına sadiq qalması və onların üzərində dayanmasının nəticəsi idi.

Hər il azadələrin vətənə qayıtmalarının ildönümü günlərində islami İranda xüsusi tədbirlər keçirilir.

Teqlər