Avq 18, 2018 05:36 Asia/Baku
  • Yəmən Xalqı Amerika və Səudiyyə Ərəbistanına qarşı aksya keçirib
    Yəmən Xalqı Amerika və Səudiyyə Ərəbistanına qarşı aksya keçirib

Yəmən xalqı ABŞ və Səudiyyə Ərəbistanının cinayətlərinə və onların bu cinayətlərinin Yəmən iqtisadiyyatına vurduğu ziyanlara qarşı paytaxt Sənada aksiya keçirib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Aksiya iştirakçıları Amerika, Səudiyyə Ərəbistanı və sionist rejimə qarşı şuarlar səsləndiriblər. Aksiya " Yəməndə bahalıq və dolların bahalaşmasının amili Amerika və Səudiyyə Ərəbistanıdır" şuarı ilə keçirilir. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər. 

Teqlər