Okt 02, 2018 06:02 Asia/Baku
  • İran ordusu: Düşmənlər bilsinlər ki, heç bir təcavüz cavabsız qalmayacaq

İran İslam Respublikası ordusu İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların mövqelərinə qarşı hücumunun ardınca bir məlumatda vurğulayıb: Düşmənlər bilsinlər ki, heç bir təcavüz cavabsız qalmayacaqdır.

İran İslam Respublikası ordusu bu gün bir bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun bu gün səhər Suriyada terrorçuların mövqelərinə qarşı raket əməliyyatının vaxtlı, zəruri və qətiyyətli bir hərəkət olduğunu bildirərək, əlavə edib: Bu addım İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın vədinə əsasən, bir qulaqburması idi və terrorçular və onların amilləri əmin olsunlar ki, İran ərazisindəki hər bir digər əbəs hərəkət daha ağır və daha dağıdıcı cavabla üzləşəcəkdir.

İran ordusunun bəyanatında deyilir: İran İslam Respublikasının Silahlı Qüvvələri səkkiz il Müqəddəs Müdafiə dövründə öz xalqı və ölkəsini müdafiə etdiyi kimi, bu gün də daha artıq qüdrət və tam hazırlıqla quruluşun düşmənləri və onların muzdur amillərinin İrana təcavüz etmələrinə icazə verməyəcəkdir.

Teqlər