Okt 07, 2018 09:56 Asia/Baku

İranın Biləsuvar rayonunun icra başçısı və Azərbaycan Respublikası Biləsuvar gömrüyünün rəisi qarşılıqlı gömrük fəaliyyətlərinin asanlaşdırılması üçün əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

İRNA-nın verdiyi məlumata görə, İranın Biləsuvar rayonunun icra başçısı Həsən Qubadi bu gün Ərdəbildə Azərbaycan Respublikası Biləsuvar gömrüyünün rəisi Ceyhun İbrahimov ilə görüşündə iki ölkə əməkdaşlıqarının genişləndirilməsində gömrüyün roluna toxunaraq deyib: Gömrük İran və Azərbaycan arasında əlaqə damarıdır və ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün bir fürsətdir. 

Qubadi deyib: Hər gün Azərbaycan Respublikası və İran vətəndaşlarından 6 min nəfər Biləsuvar gömrüyündən keçir və bu iki ölkə arasında etimad və səmimiliyi göstərir. 

Görüşdə Ceyhun İbrahimov da iki ölkə arasında gömrük prossesinin sadələşdirilməsi sahəsində əməkdaşlıqların gücləndirilməsini vurğulayıb. 

Teqlər