Okt 24, 2018 22:36 Asia/Baku
  • Azərbaycan prezidenti Con Boltonu qəbul etdi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşüb.

Moskvaya olan  uğursuz səfərinin ardınca Bakıya səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana olan səfərinin məqsədini iki ölkə əlaqələrinin hazırkı durumu habelə, beynəlxalq sülh və təhlükəsizliyə qarşı mövcud "təhdidlər" barədə danışıqların aparılması elan edib.

İRİB-nin AzərTac-a istinadla verdiyi məlumata görə Con Bolton Azərbaycan prezidenti ilə görüşün baş tutmasına görə təşəkkür edərək, deyib: ABŞ hökuməti Azərbaycan ilə əlaqələrin xüsusilə enerji sahəsində genişləndirilməsini, terrorizm, insan ticarəti və digər məsələlərlə bağlı əməkdaşlıqların artırılmasını istəyir.

Prezident İlham Əliyev də bu görüşdə ABŞ-Azərbaycan əlaqələrini uğurlu adlandırıb və deyib: ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biri olaraq Qarabağ münaqişəsinin həllində önəmli rol oynayır.

Teqlər