Noy 12, 2018 00:20 Asia/Baku
  • İnqilab Rəhbəri: Əgər cihad və şəhadət ruhiyyəsi genişlənərsə, Şərq və Qərbə təmayül aradan yığışacaqdır

İslam İnqilabının Böyük Rəhbərinin 2018-ci il noyabrın 5-də Qəzvin ostanı şəhidləri konfransının təşkilatçıları ilə keçirilmiş görüşdəki bəyanatı bu gün səhər bu konfransın Qəzvindəki məkanında yayılıbdır.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə Qəzvinin coğrafi, tarixi və mədəni yerinə işarə edərək, deyiblər: Qəzvinin böyükləri, görkəmli din alimləri və şəhidləri, həmçinin bu ostanın İslam İnqilabı və Müqəddəs Müdafiə dövrlərinin böyük sınağındakı keçmişi, iftixar mənbəyidir.

Həzrət Ayətullahuluzma Xamenei şəhidləri ölkədə mənəvi həyatın, həmçinin amalların hədəflərinə doğru hərəkətin qorunmasında rövnəq mənbəyi adlandıraraq, əlavə ediblər: Şəhid, həyat dövründə öz vücudu və ruhu ilə İslamın xidmətindədir və şəhadətdən sonra mənəvi mühit yaradaraq, islami cəmiyyətə xidmət edir.

İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin səsinin Allah-Taaladan təsir aldığını bildirərək, belə qeyd ediblər: Şəhidlərin anılması bu oyadıcı və sayıqedici səsi hamının qulağına çatdırır, ürəkləri dəyişdirir və bu əsasda, əgər cihad və şəhadət ruhiyyəsi genişlənərsə, Şərq, Qərb, küfr və ateizmə təmayül aradan yığışacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei şəhidlərin xatirələrinin unudulması və ya şəhidlərin böyük əməklərinin əzəmətinə xələl gətirmək niyyətində olan kəsləri tənqid edərək, deyiblər: Hərçənd Müqəddəs Müdafiə dövründən otuz il keçir, amma şəhidlərin xatirələri nəinki unudulmayacaq, əksinə günbəgün cəmiyyətdə daha da yaşadılacaqdır, zira şəhidlər meyardırlar.

İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin xatirələrindən maksimum istifadə və onların barəsində sənətkarcasına və dəqiq işin görülməsi vacibliyini vurğulayaraq, əlavə ediblər: Bəzən bəzi şəxslər şəhidlərin əsər və təsirləri barədə mübaliğə edirlər, halbuki şəhidlər Allah yolunda öz canları və arzularından keçiblər və onların əməlləri o qədər mühüm, böyük və əzəmətlidir ki, mübaliğəyə ehtiyac yoxdur.

Teqlər