Noy 16, 2018 21:32 Asia/Baku
  • İraqçı: Amerikanın sanksiyaları dünya ictimaiyyətində səbatsızlıq yaradacaq

İran xarici işlər nazirinin siyasi müavini vurğulayıb: İranın Amerika tərəfindən sanksiya edilməsi beynəlxalq münasibət və parametrləri təsir altına alacaq və dünya ictimaiyyətində səbatsızlıq yaradacaq.

İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı dünən gecə Romada Vatikanın xarici işlər naziri Pol Riçard Qallaxer ilə görüşdə əlavə edib: Amerika tərəfindən İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsi nüvə anlaşmasını təhlükə ilə üzləşdirib.

İraqçı bildirib ki, Amerika nüvə anlaşması qarşısındakı öhdəliklərindən heç birinə sadiq deyildi. O, əlavə edib: Vaşinqton nüvə anlaşmasından çıxmaq və İrana qarşı ən kəskin sanksiyalar tətbiq etməklə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozdu.

Vatikanın xarici işlər naziri Pol Riçard Qallaxer də deyib: Vatikan İrana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinədir. və digər avropalı ölkələr ilə yanaşı, sanksiyaların azaldılması üzrə mexanizmlər ardıncadır.

Qallaxer həmçinin İran-Vatikan münasibətlərini müsbət dəyərləndirib və qarşılıqlı həmkarlığın genişlənməsini istəyib.

İran xarici işlər nazirinin siyasi müavini dünən gecə Vatikanın xarici işlər naziri ilə görüşdən sonra Romadan İspaniyanın paytaxtı Madridə yola düşbüdür.

Teqlər