Noy 22, 2018 22:00 Asia/Baku
  • Karl Bildt: Əgər Amerikadan silah alsanız, istədiyiniz qədər adam öldürə bilərsiniz

İsveçin keçmiş baş naziri Karl Bldt ABŞ prezidenti Donald Trampın Camal Qaşıqçının qətli barədəki bəyanatına cavab olaraq, twitter-də yazıb: Əgər siz Amerikadan silah alsanız və İrana qarşı olsanız, istədiyiniz qədər adam öldürə və yatırda bilərsiniz.

Tramp çərşənbə axşamı günü axşam Camal Qaşıqçının qətli barədəki bəyanatında səudların cinayətlərindən danışmaq yerinə, Ərəbistanın kralı və vəliəhdinin bu jurnalistin qətlindəki rollarını rədd edib və İranı regionu səbatsızlaşdırmaqda ittiham edibdir.

Tramp bu bəyanatda vurğulayıb: Amerika Ərəbistanın şəriki qalmaqda davam edəcək, hətta əgər səudiyyə vəliəhdi Muhəmməd bin Salman Qaşıqçının qətli planından agah olmuş olsa belə, 

ABŞ prezidenti bu bəyanatda Ərriyad-Vaşinqton silah ticarətini alqışlayıb və vurğulayıb ki, Amerika səudiyyəyə silah satışını bundan sonra da davam etdirəcəkdir.

Teqlər