Dek 18, 2018 15:06 Asia/Baku
  • Strasburq terror aktı ilə əlaqədar 2 şübhəli saxlanılıb

Fransa polisi bazar ertəsi günü Strasburqda terror aktı törədən şəxslə əməkdaşlıq etməkdə şübhəli bilinən 2 nəfərin saxlanılmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Fransa polisi bildirib: Strasburqda terror aktı törədən şəxsə silah verməkdə ittiham edilən 2 nəfər həbs edilib. 

Ötən çərşənbə axşamı bir silahlı şəxs Fransanın Strasburq şəhərində "Yeni İl" yarmarkasına daxil olaraq, 5 nəfəri qətlə yetirmiş, 11 nəfəri də yaralamışdı. 

Bu terror hücumunun məsuliyyətini İŞİD öz üzərinə götürüb. 

Fransa ötən aylarda bir neçə dəfə terror hücumunun şahidi olub. Bu terror hücumlarında indiyə kimi onlarla nəfər ölüb və yaralanıb. 

Qərb dövlətləri xüsusilə Fransa Yaxın Şərqtə terrorçu qrupları o cümlədən İŞİD-i dəstəkləyən, terrorçuları maliyyələşdirən və onları silahlandıran əsas ölkələr sayılırlar. Amma, hazırda Avropanın özü terror təhdidi ilə üz-üzədir və İŞİD terrorçuları zaman-zaman Avropa ölkələrində terror hücumları həyata keçirirlər. 

Teqlər