Yan 02, 2019 17:44 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün Rusiyanın Maqnitoqorsk şəhərində bir yaşayış binasında baş verən partlayış nəticəsində onlarla sakinin ölməsi və yaralanmasına görə dərin təəssüfünü bildirərək ölənlərin ailələri, Rusiya dövləti və xalqının dərdini bölüşdüyünü bildirib.

Bazar ertəsi günü Rusiyanın Maqnitoqorsk şəhərində bir yaşayış binasında baş verən partlayış binanın dağılmasına səbəb olub. İndiyədək binanın uçqunları altından 19 cəsəd çıxarılıb və 36 nəfər də itkin düşüb. 

Teqlər