Yan 13, 2019 13:32 Asia/Baku

ABŞ dövlət katibi dünən əmirliklərdə bir daha İran İslam Respublikasına qarşı puç ittihamları təkrar edib.

Verilişin müddəti : 00:01:43

Tarix : 2019/01/13

-------------------------------------------------------------------------

                   

Mayk Pompeo "Vaşinqton Free Biken" xəbər portalı ilə müsahibədə "İranın kosmosa süni peyk buraxması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması deməkdir" kimi əsassız iddianı təkrar edərək, deyib: İranın kosmosa süni peyk göndərmək üzrə proqramı əslində nüvə başlıqları daşımaq qabiliyyətinə malik olan modern raketlərin sınaqlarını davam etdirmək üçün bir çətirdir.

ABŞ dövlət katibi vurğulayıb: Bütün dünya bir-birinin kənarında bu hərəkət qarşı çıxmalıdır.

Amerika, özləri üçün modern texnologiyaların inhisarı ardınca olan bəzi müttəfiqləri ilə yanaşı iddia edir ki, İranın kosmosa süni peyk göndərməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təzad təşkil edir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın üçündə bu iddiaya cavab olaraq, ABŞ dövlət katibinə xitabən belə vurğuladı: Vaşinqton İranı, özünün pozduğu qətnaməni pozmaqda ittiham edir.

"BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İrandan təkcə nüvə başlığı daşıyan raket düzəltməməyi istəyir" deyən İran İslam Respublikasının xarici işlər naziri bildirmişdi ki, İran hərbi nüvə proqramına malik deyildir.

Belə bir halda, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək on üç hesabatda İranın nüvə anlaşmasına sadiq qaldığını və İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu təsdiq edibdir.

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər