Yan 13, 2019 20:36 Asia/Baku

İranın böyük traktorqayırma şəbəkəsi olan Kürdüstan traktorqayırma zavodunda bir iş növbəsində 150 nəfər çalışır. Yüz faiz daxildə istehsal olunan detallardan istifadə eən bu zavod Sənəndəc şəhərində ildə yüzlərlə traktor istehsal edərək, daxili və xarici bazarlara göndərir.

Verilişin müddəti : 00:01:53

Tarix : 2019/01/13

-------------------------------------------------------------------------

                     

- Bura, Kürdüstan traktorqayırma zavodudur. İstehsalında sanksiyaların minimum təsir buraxdığı istehsal obyekti.

- Demək olar ki, Kürdüstan traktorqayırma zavodunda yüz faiz daxili detallar istehsal olunur.

 Kürdüstan traktorqayırma zavodu ölkədə 75 at gücü qüdrətinə malik cüt və tək differensiallı traktor istehsal edən yeganə zavoddur.

- Daha çox Əfqanıstan və İraqa traktor qaçaqmalçılığının qarşısının alınmasından sonra biz ildə üç mindən çox traktor istehsal edə bilmişik.

 Və indi zavodun 150 işçi qüvvəsinin həyat çarxı bu dəmir nəhənglərin çarxlarının fırlanması ilə ahəngdardır.

 Təsis olunduğu gündən bəri heç vaxt işçilərini ixtisar etməyibdir.

- Mən 12 ilə yaxındır ki, burada işləyirəm. Səhər saat yeddi-otuz dəqiqədən saat 14 otuz dəqiqəyədək təyin olunmuş işlə məşğuluq. Saat 17-dək isə əlavə işlə məşğul oluruq.

 Əfqanıstan və İraq daxil olmaqla regionun ixracat bazarlarının təmin olunması bu şirkətin fəaliyyətlərindəndir.

- Afrika ölkələri gündəmdə dururlar. Türkiyə, Suriya və İordaniya da son zamanlar bu məcmuəyə əlavə olunublar.

- Bu mərhələdə bu zavodda təqribən beş yüz traktor istehsal olunub.

İldə beş min ədəd traktor istehsalına nail olmaq. Bu, zavodun məsul şəxslərinin hədəfidir.

Kürdüstan traktorqayırma zavodu İranın avtomobilqayırma şirkətləri ilə müqayisədə, istehsalında sanksiyaların minimum təsir buraxdığı şirkətlərdəndir.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər