Yan 21, 2019 22:20 Asia/Baku

Bu gün "20 yanvar" faciəsinin 29-cu ildönümündə şəhidlərin xatirəsi Azərbaycan xalqı və dövlət rəsmilərinini geniş iştirakı ilə keçirilən mərasimdə anılıb.

Verilişin müddəti : 00:02:37

Tarix : 2019/01/21

-------------------------------------------------------------------------

     

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev, yüksək səviyyəli rəsmilər, ordu komandanları, xarici ölkələrin səfirlikləri və diplomatik korpus nümayəndələri habelə, müxtəlif təbəqədən olan çoxlu sayda in san Bakının "Şəhidlər Xiyabanı"nda olaraq, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olanların xatirəsini yad edib, məzarları üstə gül qoyaraq, onlar üçün fatihə oxuyublar.

20  yanvar 1990-cı ildə Azərbaycanda müstəqillik və ərazi bütövlüyünün qorunması uğrunda gedən mübarizələrin şiddətlənməsinin ardınca. SSRİ-nin Qızıl Ordusu və xüsusi təyinatlı dəstələri Bakıya soxularaq, günahsız insanlara divan tutmağa başladılar. Bu qanlı faciədə 147 dinc sakin amansız şəkildə və xüsusi qəddarlıqla qətlə yetirildi. 744 nəfərin yaralandığı bu qanlı faciədə 841 nəfər də qanunsuz olaraq həbs edilmişdi.

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər