Yan 27, 2019 07:42 Asia/Baku
  • Mərziyə Haşimi: FTB mənimlə bir qul kimi rəftar edirdi

PressTV-nin aparıcısı Mərziyə Haşimi Amerikada həbsdə azad edilməsindən iki gün sonra Raşa Tudey telekanalına verdiyi müsahibədə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının onunla bir qul kimi rəftar etdiklərini deyib.

İRİB-nin məlumatına görə, Mərziyə Haşimi cümə günü FTB əməkdaşlarının onun hüquqlarına hörmət etmədiklərini deyərək, həbsdə olduğu müddət ərzində ilkin hüquqlarından belə məhrum edildiyini bildirib. 

Mərziyə Haşimi həbsdə olduğu müddət ərzində dəfələrlə fotoşəklinin çəkildiyi və ondan DNA nümunələri götürüldüyünü deyib. 

ABŞ polisi tərəfindən heç bir səbəb olmadan həbs edilən M.Haşimi 11 gün həbsdə saxlanıldıqdan sonra çərşənbə günü sərbəst buraxılıb. 

PressTV-nin əslən amerikalı olan aparıcısı, jurnalist Mərziyə Haşimi ailəsi ilə görüşmək üçün ABŞ-a səfər etmişdi. O, 13 yanvarda Sent Luis hava limanında heç bir səbəb göstərilmədən həbs edilmiş və FTB-nin Vaşinqtondakı təcridxanasına köçürülmüşdü. 

Teqlər