Yan 31, 2019 10:58 Asia/Baku
  • Mərziyyə Haşemi: Həbs olunmağımın səbəbi, Amerikanın İranla düşmənçiiyi olub

Press TV kanalının müxbiri Mərziyyə Haşemi Tehranın İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanına daxil olarkən deyib ki, həbs olunmağının səbəbi, Amerikanın İranla düşmənçiiyi olubdur.

ABŞ hökuməti tərəfindən həbs olunmuş Press TV kanalının müxbiri və aparıcısı Mərziyyə Haşemi dünən gecə İrana qayıdıb və Tehranın İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanında xalq, məsul şəxslər və media nümayəndələri tərəfindən geniş şəkildə qarşılanıb.

Mərziyyə Haşemi sonra müxbirlər qarşısına çıxıb. O, deyib: Amerikada həbs olunduqdan sonra başa düşdüm ki, İran İslam Respublikası Amerika üçün nə qədər mühümdür və onlar İran İslam İnqilabının qırxilliyindən nigarandırlar.

Press TV kanalının müxbiri və aparıcısı vurğulayıb: İran xalqı düzgün yolu gedir və Allah-Taala inşaallah, İslam İnqilabının Böyük Rəhbərini qorusun; əgər ölkə xaricində olsanız, Rəhbər, Vətən və İran İslam Respublikasının dəyərini biləcəksiniz.

Mərziyyə Haşemi həmçinin xalqın və media nümayəndələrinin onu İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanında geniş səviyyədə qarşılamalarını yüksək dəyələndirib.

Press TV kanalının Amerika əslli müxbiri, aparıcısı, sənədli filmlər yaradıcısı və diktoru Mərziyyə Haşemi 2019-cu il yanvarın 13-də heç bir dəlil olmadan Vaşinqtonun “Sent Luis” hava limanında həbs olunaraq, Amerikanı Federal Təhqiqat Bürosunun təcirxanasına köçürüldü.

Bu jurnalist dünyanın ümümi fikri və medialarının təzyiqlərinin ardında on bir gün Amerika hökumətinin həbsində olduqdan sonra azad edildi.

İran İslam Respublikasının TeleRadio Təşkilatının Sərhədaşırı bölmə üzrə sədr müavini Peyman Cebelli vurğulayıb: Amerika ümumi fikrin təzyiqi altında Press TV kanalının aparıcısı Mərziyyə Haşemini zindandan azad etməyə məcbur oldu.

Teqlər