Fev 09, 2019 00:19 Asia/Baku

İranın Bakıdakı səfiri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun yaxın gələcəkdə Tehrana baş tutacaq səfərindən xəbər verib.

Verilişin müddəti : 00:02:49

Tarix : 2019/02/08

-------------------------------------------------------------------------

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün Azərbaycan Respublikası müxbirlərinin iştirakı ilə İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü münasibətilə İranın Bakıdakı konsulluğu məkanında keçirilən mətbuat konfransında əlavə edib ki, Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir.

İranın Bakıdakı səfiri eyni zamanda deyib: Bəzi ölkələr İran-Azərbaycan Respublikası əlaqələrinin genişlənməsini istəmirlər, lakin xoşbəxtlikdən, onlar iki ölkə əlaqələrinə təsir göstərə bilməyiblər.

Cahangirzadə əlavə edib: İran və Azərbaycan Respublikasının prezidentləri ötən altı ildə on iki dəfə görüşüblər ki, bu da siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi istiqamətində iki ölkə başçılarının əzmkarlığını göstərir.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər