Fev 09, 2019 01:19 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: 22 bəhmən bu il xalqın sayıqlığı və bütün baxışların iştirakı ilə qabaqkı illərdən daha əzəmətli olacaq.

Verilişin müddəti : 00:03:17

Tarix : 2019/02/09

-------------------------------------------------------------------------

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün hava-desant qüvvələrinin İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) ilə tarixi beyətinin ildönümü günündə ordunun hava qoşunları və hava hücumundan müdafiə qüvvələrinin işçilərindən bir qrupu ilə görüşdə, İran İslam İnqilabının qələbəsinin ildönümü günündə- 22 bəhmən yürüşündə xalqın saysız-hesabsız iştirakını "düşmənsındıran və düşmənqorxudan", "xalqın səhnədəki ümumi iştirakı" və "milli əzmkarlıq və vəhdətin təzahürü" adlandırıblar.

O həzrət belə qeyd ediblər: İnqilabın, quruluşun və 22 bəhmənin qorunması məsələsi ortaya qoyularkən bütün ixtilaflar qüvvədən düşür və bütün xalq bir-birinin kənarında meydana gəlir.

İslam İnqilabının Böyük Rəhbəri Amerika rejimini "şər işlər, zorakılıq, böhran və müharibə yaratma" təzahürü adlandıraraq, belə əlavə ediblər: Amerika rejiminin şər işlər, müdaxilə, xəbislik və rəzillik əsasında hərəkət edəcəyi zamanadək "Amerikaya ölüm!" şüarı İranın qüdrətli xalqının dilindən düşməyəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei avropalıların nüvə anlaşmasının qorunması və Avropa-İran xüsusi ödəniş kanalının işə salınmasına dair təklifləri barədə də məsul şəxslərə tövsiyə ediblər ki, avropalılara etimad etməsinlər və onlara bədbinlik gözü ilə baxsınlar.

İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Amerika barədə bir neçə il bundan qabaq və nüvə müzakirələrində- həm xüsusu, həm də ümumi iclaslarda ardıcıl şəkildə məsul şəxslərə deyildi ki, amerikalılara etimad etməsinlər və hazırda nəticə bu olubdur ki, o günlər müzakirə aparan məsul şəxslərin özləri deyirlər ki, Amerika etimadedilməzdir.

Həzrət Ayətullahuluzma Xamenei çıxışlarının digər bir hissəsində İslam İnqilabı gedişində xalqın ordu ilə yanaşı olmasını böyük bir nemət və hava qüvvələrinin bu məsələdəki rolunu son dərəcə qabarıq adlandırıb və belə deyiblər: Hava qüvvələri İslam İnqilabının qələbəsində və ondan sonrakı müxtəlif mərhələlərdə böyük rol oynayıbdır.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər