Fev 15, 2019 21:14 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Vaşinqtonun anti-İran Varşava konfransında İrana qarşı yeni koalisiya yaratmaq üçün geniş səy göstərməsinə rəğmən, öncədən məğlubiyyətə uğramış bu konfransın yekun bəyanatı mənasız bir sənədə çevrildi.

Verilişin müddəti : 00:01:33

Tarix : 2019/02/15

-------------------------------------------------------------------------

Bəhram Qasemi dünən Varşava konfransının yekun bəyanatını etibarsız adlandırıb. O, bildirib: Yaxın Şərqdə Sülh və Təhlükəsilik adlı konfrans necə müvəffəq ola bilərdi ki, regionun İran, Türkiyə, Livan, Suriya, İraq və Fələstin kimi əsas oyunçuları, Çin və Rusiya kimi mühüm ölkələr, eləcə də bir çox mühüm Avropa və qeyri-Avropa ölkəsi onda iştirak etməmiş və ya olduqca aşağı səviyyədə iştirak etmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerikanın dövlət katibi və vitse-prezidentinin öz çıxışlarındakı rəftarları və onların nüvə anlaşmasından çıxması üçün Avropaya israr etmələri Amerikanın Varşava konfransındakı məqsədlərinin reallaşmasında aciz və uğursuz qalmasının ən bariz nişanəsidir.

Qasemi Amerikanın Varşavada Yaxın Şərqdə Sülh və Təhlükəsilik konfransının keçirilməsindəki ikili rəftarına və digər tərəfdən nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasına işarə edərək, deyib: Amerika öz riyakarcasına siyasətlərilə region xalqları arasında gərginliyi, ədavəti, həmçinin savaş və terrorizmə dəstək verməyi artırıb və əmin-amansızlıq, səbatsızlıq, yoxsulluq, müharibə və ekstremizmi genişləndiribdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerikanın və Qüdsü işğal etmiş rejimin bütün təcavüzkar və düşmənçilik siyasətlərinə rəğmən, əcnəbi və təcavüzkar qüdrətlərin iştirakı olmayan, səbatlı və təhlükəsiz bir regionun bərqərarı üzrə mübarizə və müqavimət davam edəcək.

Anti-İran Varşava konfransı çərşənbə və cümə axşamı günləri Polşanın paytaxtı Varşavada keçirildi. Konfrans İranın adını onun yekun bəyanatında yerləşdirmək üzrə ABŞ və sionist rejimin cəhdlərinin uğursuz qalması ilə bitdi.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər