Mart 18, 2019 19:56 Asia/Baku

Suriyanın xarici işlər naziri Dəməşqdə BMT-nin xüsusi nümayəndəsi ilə görüşdə deyib ki, Suriyanın əsas qanunu bu ölkə xalqı tərəfindən və xarici müdaxilə olmadan işlənib hazırlanmalıdır.

Vəlid Əlmuəllim BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Gir Pederson ilə görüşdə vurğulayıb: Suriyanın əsas qanunu yeganə qüdrət simvoludur ki, xaricilərin müdaxiləsi olmadan və sırf olaraq, bu ölkənin xalqı tərəfindən tənzim edilir.

Yanvar ayından bu vəzifəyə təyin edilmiş Pederson Suriya rəsmiləri ilə görüşmək məqsədilə dünən bu ölkəyə daxil olub.

BMT nümayəndəsi, təşkili prosesi böyük təxirlə həyata keçirilmiş Suriyanın yeni əsas qanununun ilkin mətni üzrə komitənin yaradılmasını bu ölkədə “siyasi prosesin yaxşılaşdırılması üçün münasib imkan” adlandırıb.

BMT bu qənaətdədir ki, bu 150 nəfərlik komitə Suriya savaşına son qoymaq üçün azad seçkilərin keçirilməsində mühüm rol oynayır. Suriya hazırda daxili müharibənin 9-cu ilinə daxil olubdur.

Suriyanın yeni əsas qanununun ilkin mətni üzrə komitənin üzvləri bu ölkənin hökuməti, müxalifləri və vətəndaş cəmiyyətini təmsil edir.

 

Teqlər