Apr 12, 2019 22:37 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsinə reaksiya olaraq dedi: Amerikalılar səhvə yol verərlərsə, onların Asiyanın qərbindəki terrorçu hərbçiləri (CENTCOM) İŞİD-in taleyinə düçar olacaqlar.

İnqilab Rəhbərinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili cümə axşamı İranın ikinci telekanalına verdiyi müsahibədə dedi: İran özü terrorizmin ən böyük qurbanıdır. terrorçu münafiqlər qruplaşması İranda 17 mindən çox insanı terror və şəhid edib və hazırda bu terrorçu qruplaşma ABŞ-ın birbaşa himayəsi altındadır. 

Cəlili ABŞ-ın dünya xalqlarına qarşı cinayətlərinə işarə edərək, dedi: Heroşima və Naqasaki əleyhinə atom bombasından istifadə, Vyetnam müharibəİ. İsrailin cinayətlərinə dəstək, İraq və Əfqanıstana hücum, İŞİD-in formalaşdırılmaı və bunun kimi onlarla digər cinayət ABŞ-ın dünya xalqlarına qarşı cinayətləridir. 

İnqilab Rəhbərinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi ABŞ-ın Asiyanın qərbindəki uğursuz siyasətlərinə də işarə etdi və dedi: Amerikalılar ötən 40ildə İran qarşısında ağır məğlubiyyətlər ilə üzləşiblər. Elə buna görə də İran xalqı və Sepah-ın əlindən qəzəblidirlər. 

Cəlili ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları yenidən qüvvəyə mindirməklə axmaqlıq etdiyini dedi və bildirdi: İran 15 qonşu ölkəyə malik bir ölkə kimi böyük potensiallara və bacarıqlı işçi qüvvəsinə malikdir. Buna görə də heç vaxt dalana dirnəməyəcək. 

Teqlər