Apr 13, 2019 23:22 Asia/Baku

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan ordusunun Qarabağ məntəqəsindən çıxmasına təkid etdi.

İRİB-nin məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi cümə günü Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda sülhə şəraitin yaradılmasına dair açıqlamasına reaksiya olaraq, erməni qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmadıqları və didərginlərin öz evlərinə qayıtmadıqları zamana kimi Qarabağda sülhün mümkün olmadığını bildirdi. 

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin bu məsələni qəbul etməli olduqlarını vurğulayıb. 

Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlandı. Daha sonra 1991-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə nəticələndi. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətrafda yerləşən 7 erməni silahl qüvvələri tərəfindən işğal edildi. 

Teqlər