Apr 17, 2019 22:58 Asia/Baku

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkə istehsalı olan "Bədr.F" tipli yeni və modern raketin təqdimatından xəbər verib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, "Bədr.F" raketindən bir neçə əməliyyatda uğurla istifadə olunub. O, əlavə edib: Yəmənin raket bölməsi bu gü keçmişdəkindən daha güclüdür.

Yəmənin raket bölməsi 2018-ci ilin noyabrında da "Bədr 1P" raketini təqdim etmişdi.

Digər bir xəbərə görə, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam deyib ki, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qriffits tərəfsizlik prinsipinə riayət etmir.

O, əlavə edib: Qriffits BMT tribunasından İngiltərənin mövqelərini bəyan etmək üçün istifadə edir və bu ölkə Amerikanın iştirakı ilə anti-Yəmən savaşını uzatmaq istiqamətində fəaliyyət göstərir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Səud rejimi və onun müttəfiqləri dörd il Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən sonra bu ölkə xalqının müqavimətinə görə, öz məqsədlərinə çata bilməyiblər.

 

Teqlər