Apr 19, 2019 23:08 Asia/Baku

Azərbaycan Respublikasının Hacıqabul sənaye məntəqəsində bu ölkənin iqtisadiyyat naziri və İranın sənaye, mədən və ticarət nazirinin iştirakı ilə iki ölkənin birgə avtobusqayırma zavodunun inşa əməliyyatı başlanıb.

Bu zavod Azərbaycan Respublikasının "Azərmaş" şirkəti və İran İslam Respublikasının "Oqab" özəl şirkətinin iştirakı ilə Bakıdan 110 kilometr cənubda yerləşən Hacıqabul sənaye məntəqəsində tikiləcək. İranlı şirkətin bu zavoddakı payı, 75, azəri şirkətin payı isə 25 faizdir ki, altı milyon avro ilkin investisiya ilə inşa olunacaqdır. Bu zavodun inşa müddəti gələn milad ilinin sonu elan olunubdur. Bu zavodun təkmilləşdirilməsilə ilk etapda ildə 500 ədəd avtobus istehsal olunacaq. Bu zavodun tikilməsilə iki ölkənin sənaye sahəsindəki əməkdaşlıqları yeni etapa daxil olacaqdır. Bundan öncə ötən ilin əvvəllərində Azərbaycan Respublikasının Neftçala sənaye kompleksində iki ölkənin birgə avtomobilqayırma zavodu istifadəyə verildi ki, elə fəaliyyətinin ilk ilində orada min ədəddən çox avtomobil istehsal olunaraq, istehlak bazarına təqdim edildi. Dünəndən Azərbaycan Respublikasında səfərdə olan İranın sənaye, mədən və ticarət naziri dünən axşam Azərbaycan Respublikasının prezidenti, iqtisadiyyat naziri, əmək və əhalinin sosial müdafiəsi naziri və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri ilə görüşərək, onlarla qarşılıqlı ticarət və sənaye həmkarlıqlarının genişləndirilməsi barədə söhbət edib. İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin iştirakı ilə bu gün axşam da Bakıda İran Ticarət Mərkəzi açılacaqdır.

Teqlər