Apr 24, 2019 21:03 Asia/Baku

İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü İranın nüvə anlaşmasındakı maraqlarının təminini Tehranın bu anlaşmada qalmasının şərti adlandırıb.

"Bir qurşaq, bir yol" adlı 2-ci beynəlxalq konfransda iştirak etmək üçün Çinə səfər etmiş İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü Qolaməli Həddad Adel dünən axşamçağı Pekin Beynəlxalq Araşdırmalar Universitetində olarkən müxbirlərə müsahibə verib. O, nüvə anlaşmasının bütün tərəflərinin öz öhdəliklərinə sadiq qalmalı olduqlarını vurğulayıb.  O, deyib: Əgər İranın nüvə anlaşmasındakı iştirakı və öhdəliyinin davam etməsinin İran İslam Respublikasına zərəri olarsa, Tehran bu anlaşmada iştirakın davam etməsi üçün bir dəlil görməyəcək.

Həddad-Adel əlavə edib: Xüsusən Amerikanın qərar qəbul edən ölkə olduğu yerdə, təkqütblü dünya, təhlükəlidir.

İran İslam Respublikası quruluşunun məsləhət şurasının üzvü həmçinin Tehran-Pekin əməkdaşlıqlarının zəminlərinə toxunub. O, deyib: Çİn İranın quru, hava və dəniz daxil olmaqla rabitə infrastrukturlarına sərmayə yatırmaqla İpək yolunun inkişafına kömək edə bilər. İran da Çinin "Bir qurşaq, bir yol" layihəsindəki məqsədlərinin təmini sahəsində müsbət və təsirli rol oynaya bilər.

"Bir qurşaq, bir yol" adlı 2-ci beynəlxalq konfrans 137 ölkədən beş mindən çox qonağın iştirakı ilə aprelin 25-dən 27-dək Pekində keçiriləcək.

Teqlər