May 09, 2019 09:29 Asia/Baku
  • Sionist rejim müqavimət qüvvələri qarşısındakı acizliyini etiraf edib

Sionist rejimin hərbi kəşfiyyat təşkilatının keçmiş rəisi bu rejimin müqavimət qüvvələri qarşısındakı acizliyini etiraf edib.

Sionist rejimin hərbi kəşfiyyat təşkilatının keçmiş rəisi Aharon Zivi Ferkaş deyib: Təl-Əviv təhlükəli bir bataqlığa düşüb və sionist rejim üçün pis hadisələr baş verəcəkdir.

Sionist rejimin baş nazirinin sabiq təhlükəsizlik müşaviri Yakov Amidrur da "Ceruzalem Post" sionist qəzeti ilə müsahibədə bu rejimin "dəmir günbəz" adlı raket müdafiə sisteminin müqavimət mehvərinin raketlərini dəf etməkdə aciz qaldığını etiraf edərək, deyib: Əgər bir raket bir neçə kilometrdən az bir məsafədən atılarsa, bu müdafiə sistemi onu dəf etmək üçün yetərincə zamana malik deyildir.

Fələstinin müqavimət qruplarının sionist rejimlə toqquşmalarının yeni etapı ötən şənbə günündən bu rejimin hərbi vertolyotlarının Qəzzənin yaşayış məntəqələrinə qarşı hücumları ilə başlandı və müqavimətin dağıdıcı cavabı ilə dayandırıldı.

Sionist rejim ordusu komandanlarının etiraflarına görə, iki gün döyüşlər zamanı Qəzzə zolağından işğal olunmuş ərazilərə tərəf 700 raket atılıb və "dəmir günbəz" sistemi yalnız 170 raketin izinə düşə bilibdir.

Fələstin səhiyyə nazirliyinin məlumatına görə, Fələstin müqavimət qruplarının sionist rejimlə son toqquşmalarında 31 fələstinli şəhid olub, 175 nəfər də yaralanıbdır.

Teqlər