May 14, 2019 15:37 Asia/Baku
  • Moqerini: İNSTEKS-in ilk bank tranzaksiyası qarşıdakı bir neçə həftədə icra olunacaq

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropanın nüvə anlaşmasının tam icrasına sadiq qaldığını vurğulayaraq, ümidvarlıq edibdir ki, İNSTEKS-in ilk bank tranzaksiyası qarşıdakı bir neçə həftə ərzində icra olunacaq.

Federika Moqerini Avropa İttifaqının xarici işlər nazirlərinin iclası başa çatandan sonra deyibdir ki, bu iclasda nüvə anlaşmasının avropalı tərəfləri ilə İNSTEKS-in həyata keçirilməsi yolları və qarşıdakı bir neçə həftə ərzində ilk bank tranzaksiyasının icra olunması barədə məşvərət edibdir.

Moqerini bir daha xatırladıb: Avropa İttifaqı və bütün Avropa ölkələri nüvə anlaşmasının tam şəkildə icra olunmasına tam şəkildə əzmkardırlar.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi həmçinin İrandan istəyibdir ki, nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalsın.

Amerikanın 2018-ci il mayın 8-də nüvə anlaşmasından çıxmasından sonra İran İslam Respublikası gözləyirdi ki, 4+1 qrupunun üzvləri, xüsusən Avropa üçlüyü və Avropa Birliyi Amerikanın nüvə sanksiyalarının yenidən tətbiq edilməsinin təsirlərinin azaldılması sahəsindəki öhdəliklərini icra edəcəklər, amma əməldə bəzi zahiri addımlardan savayı, avropalılar tərəfindən heç bir addım atılmadı.

Teqlər