May 21, 2019 13:59 Asia/Baku
  • Bakıda Qurani-Kərimlə ünsiyyət məclisi keçirilib

Quran baharı- Mübarək Ramazan ayı ilə bir zamanda Bakının Şəhriyar adına mədəniyyət evində Qurani-Kərimlə ünsiyyət məclisi keçirilib.

Nur ziyafəti olan bu mənəvi məclisdə Quran aşiqləri bu müqəddəs kitabın nuru ilə öz qəlblərini cilaladılar. Azərbaycan Respublikasında gənc Qurani-Kərim qiraətçiləri bu nurlu məclisdə Qurandan bəzi ayələri ürəyəyatan tərzdə təlavət edərək, məclisə xas mənəvi əhval-ruhiyyə bəxş etdilər. Azəri qadınların diqqətəlayiq iştirakı ilə keçirilən bu mərasimdə natiqlər xüsusən ailə bünövrəsinin möhkəmləndirilməsində və insanların dünya və axirət səadətlərində Qurani-Kərimlə ünsiyyətin rolu və önəmini bəyan ediblər. Bu mənəvi məclisin kənarında xalqın Quranın anlamları ilə tanışlığı məqsədilə Qurani-Kərim məhsullarından ibarət sərgi keçirilib. Bu sərgidə Quran məhsullarından əlavə, Qurani-Kərimin müxtəlif xətlərdə yazılışı daxil olmaqla Quran və İrfan məzmunlarına malik dörd tablo nümayiş etdirilibdir. Bu Quran məclisi və mədəniyyət məhsulları sərgisi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin ciddi-cəhdi ilə keçirilibdir.

 

 

Teqlər