May 28, 2019 07:58 Asia/Baku
  • Azərbaycan R-da ikinci qədr gecəsi mərasimi keçirilib

Azərbaycan Respublikasının məscidləri və dini məkanları feyzlə dolu qədr gecələrinin ikinci gecəsində və möminlər ağası Həzrət Əli(ə)-ın şəhadəti gecəsində ürəyiyananlar və gecə oyaqqalanlar üçün bir sığınacaq idi. Onlar ilahi rəhmətin qaynar bulağından içib doymaq üçün bu dini məkanlara ürəklə gəlmişdilər.

Bu il qədr gecələrinin ikinci gecəsi Azərbaycan Respublikasının paytaxtı Bakıda və bu ölkənin rayonlarındakı məscidlərdə həmişəkindən daha əzəmətli keçirildi. Bu mərasim Bakının Məşhədi Dadaş, Həzrəti Fatimeyi-Zəhra(s.ə.) və Hacı Cavad məscidlərində, eləcə də iranlıların hüseyniyyəsində xas bir əzəmətə malik idi və qədr gecələrinin oyaqqalanları bu feyzlə dolu gecənin ənginliklərində dualar oxumaq, Quranı başları üzərinə qoymaq və əllərini Allah-Taalanın dərgahına açmaqla öz tək xaliqləri ilə razu-niyaz etdilər və öz ürəklərini iman nuru ilə cilalandırmaqla dünya müsəlmanları üçün də qələbə və zəfər dilədilər. Əhli-Beyt(ə) vurğunları Həzrət Əli(ə)-ın şəhadəti gecəsində əzadarlıq edib, öz mövlalarına olan ürək sevgilərini nümayiş etdirdilər. Yeniyetmələr, gənclər və qadınların dini məkanlarda iştirakı və onların bu mərasimlərdəki səmimi qəlbdən gələn razu-niyazları da əhya gecəsi mərasiminə xas bir görkəm bəxş etmişdi.

Teqlər