İyun 24, 2019 09:15 Asia/Baku

Türkiyə prezidenti dünən bir çıxışda İstanbul əhalisindən istəyibdir ki, sabah keçiriləcək İstanbul meriya seçkilərində bu ölkə parlamentinin sabiq sədri və hakim Ədələt və İnkişaf Partiyasının namizədi Binalı Yıldırıma səs versin.

Verilişin müddəti :  00:03:02

Tarix :       24-06-2019

 

----------------------------------------------------------------------------------------------------

 

Rəcəb Tayyıp Ərdoğan dünən İstanbulda yerləşən bir konfrans mərkəzindəki çıxışında Cumhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyə seçkilərinə namizədi Əkrəm İmamoğlunu proqramsız bir şəxs adlandırıb.

İstanbul seçkilər şurası Əkrəm İmamoğlunu 31 mart yerli seçkilərində seçkilərin qalibi elan etdi və onun merlik hökmünü verdi, amma iki həftə keçəndən sonra Türkiyə ali seçki şurası hakim Ədələt və İnkişaf Partiyasının şikayətinə baxdıqdan sonra İstanbul seçkilərinin nəticələrini ləğv etdi və İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarını verdi. Sabah bu seçkilər yenidən keçiriləcəkdir.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər