İyun 25, 2019 11:19 Asia/Baku
  • Avropa üçlüyü: Nüvə anlaşmasına sadiqik

Fransa, Almaniya və İngiltərə dünən gecə müştərək bir bəyanatda bir daha bildiriblər ki, nüvə anlaşmasına sadiqdirlər.

Fransa, Almaniya və İngiltərənin BMT-dəki nümayəndələri bu təşkilatın təhlükəsizlik şurasının ABŞ-ın casusluq pilotsuzunun vurulması barədəki qapalı iclasından sonra müştərək bir bəyanatda ölkələrinin təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin tam şəkildə icrasına və nüvə anlaşmasının qorunmasına sadiq qaldıqlarını vurğulayıblar. Qeyd ediblər ki, nüvə anlaşması bölgədə gərginliklərin azalması və beynəlxalq stabilliyin qorunması üçün zəruridir.

Fransa, Almaniya və İngiltərənin nümayəndələri bu bəyanatda iddia ediblər ki, onların ölkələri təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin tam şəkildə icrası üçün var gücləri ilə işləyirlər.

Fransa, Almaniya və İngiltərə Amerikanın 2018-ci il mayın 8-də qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarını təmin etməklə bu anlaşmanı qoruyacaqlar. Bu ölkələr Amerikanın addımı qarşısındakı şifahi və siyasi müqavimətlərinə rəğmən, indiyədək nüvə anlaşmasının qorunması üçün vəd edilmiş real addımlarda heç bir uğur əldə etməyiblər.

Üç Avropa ölkəsi bu bəyanatda Fars Körfəzində gərginliklərin artmasından da dərin nigarançılıq ifadə ediblər. Bildiriblər ki, bu gərginliklər İran tərəfindən Amerikanın casusuluq pilotsuzunun vurulmasından sonra artıbdır.

Təhlükəsizlik Şurasının Vaşinqtonun təzyiqi altında keçirilən və amerkian casusluq pilotsuzunun vurulmasına həsr olunmuş dünəngecəki iclası heç bir nəticə əldə etmədən başa çatıbdır.

 

Teqlər