İyul 02, 2019 08:02 Asia/Baku
  • Zəngənə: İranın Amerika ilə müzakirəsi olmayacaq

İran İslam Respublikasının neft naziri OPEK-in Vyanada keçirilən iclasında İran ilə Amerika arasındakı hər cür dialoqu rədd edərək, deyib: Əgər Vaşinqton iki ölkə arasındakı mövcud şəraitin dəyişməsini istəyirsə, öncə İrana qarşı sanksiyaları ləğv etməlidir.

Bijən Namdar Zəngənə dünən axşam Neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in bu təşkilatın Vyanada yerləşən daimi qərargahında keçirilən 176-cı iclasının açılış mərasimində deyib: Bir halda ki, Amerikanın xüsusən neft sahəsində İrana qarşı sanksiyaları davam edir, iki ölkə arasında müzakirədən danışmaq əbəsdir.

Zəngənə əlavə edib: Sanksiyaların ləğv ediləcəyi təqdirdə, Amerika mövcud şəraitin dəyişməsinin şahidi ola bilər və biz də cavab olaraq, bir çox şeyləri edə bilərik.

İranın neft naziri vurğulayıb: Neft bazarı qeyri-siyasi olmalı və digər ölkələri təzyiq altında qoymaq, həmçinin neft ixracatı və idxalatını məhdudlaşdırmaq amilinə çevrilməməlidir.

Teqlər