İyul 06, 2019 10:48 Asia/Baku
  • Rusiya Amerikanın hərəkətindən təəccüblənib

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasından İran barədə xüsusi iclas keçirməsini istəməsindən təəccüblənib.

Mixail Ulyanov Amerikanın bu hərəkətini beynəlxalq əlaqələrin sürprizlərindən adlandırıb.

Ulyanov deyib: Elə bir ölkə direktorlar şurasının xüsusi iclasının keçirilməsini istəyibdir ki, özü bundan öncə nüvə anlaşmasından çıxıb və hazırda da onu məhv etməyə çalılşır.

İranın nüvə anlaşması ilə bağlı son qərarının öhdəlikləri pozmaq demək olmadığını nəzərə çarpdıran Ulyanov bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurası bu kimi bəhslər üçün münasib məkan deyildir.

Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Ceki Volkat dünən gecə İranın nüvə proqramını araşdırmaq məqsədilə qeyd olunan iclasın keçirilməsini istəyibdir.

Teqlər