İyul 23, 2019 21:57 Asia/Baku

Yaponiya hökumətinin sözçüsü ABŞ-ın Fars Körfəzi bölgəsinə qüvvənin göndərilməsi barədəki çağırışını rədd edib.

Bu gün Yoşihide Suqa ABŞ-ın Fars Körfəzi bölgəsinə qüvvənin göndərilməsi barədəki çağırışına toxunaraq, deyib: Yaponiyanın öncəki mövqeyi əsla dəyişməyib və Tokio Amerikanın Hörmüz boğazında nəzərdə tutduğu hərbi dəniz koalisiyasına qoşulmaq üçün qüvvənin göndərilməsi məsələsini araşdırmır.

Bundan öncə Yaponiyanın müdafiə naziri Takeşi İvaya bildirmişdi ki, Amerikanın nəzərdə tutduğu koalisiyaya qatılmaq məqsədilə Fars Körfəzi bölgəsinə qüvvənin göndərilməsi üçün bir proqramı yoxdur.

Yaponiyadakı partiyalar da Birləşmiş Ştatların Hörmüz boğazını qorumaq bəhanəsilə Fars Körfəzi bölgəsinə qüvvənin göndərilməsi barədə təklif etdiyi koalisiyada iştirakla öz müxalifətlərini elan ediblər.

Amerikanın Fars Körfəzi bölgəsindəki hərbi iştirakının şiddətlənməsinə görə bu bölgədəki gərginliyin artması ilə, Vaşinqton son zamanlar  Fars Körfəzində gəmiçiliyin təhlükəsizliyinin qorunması bəhanəsilə həmin ölkənin nəzarəti altında olan müxtəlif ölkələrdən ibarət koalisiyada iştirak məsələsini irəli sürdü.

Amerikanın nüvə anlaşmasından çıxması və Qərbi Asiya bölgəsində hərbi iştirakı İran ilə Amerika arasındakı gərginliyin şiddətlənməsinin əsas amilidir.

Teqlər