İyul 27, 2019 16:10 Asia/Baku
  • Azərbaycan R. Müdafiə Nazirliyi: ABŞ Azərbaycana silah satmayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ABŞ Konqresində səslənən iddialarla bağlı bildirib ki, ABŞ Azərbaycan Respublikasına silah satmayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycan Respublikasına “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, konqresmenin bu cür təşəbbüslə çıxış əslində təəccüblü görünür: “Çünki, ABŞ indiyədək Azərbaycan Respublikasına heç bir silah satmayıb.

Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub.

Teqlər