Avq 03, 2019 23:20 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, hazırkı şəraitdə nüvə anlaşması çərçivəsində öhdəliiklərin azaldılmasının üçüncü addımı atılacaqdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: Nüvə anlaşması öhdəliklərini icra edib-etməmək barədə qərar çıxarmaq İran İslam Respublikasının haqqıdır. O, əlavə edib: Nüvə anlaşması üzrə müştərək komissiyaya üzv olan bütün ölkələr bu nəticəyə çatıblar ki, bütün gərginliklərin yaranmasına Amerika bais olubdur.

Zərif deyib: Nüvə anlaşmasının imzalanmasından sonra İranın tələbləri məlum və aydın idi. İran nüvə anlaşmasından kənar bir şey istəmirdi və əgər bu beynəlxalq anlaşma başqaları tərəfindən tam şəkildə icra olunmazsa, İran da elə həmin qüsurlu formada onu icra edəcəkdir.

İranın diplomatiya aparatının başçısı 4+1 qrupuna üzv bəzi ölkələrin İranın nüvə anlaşması çərçivəsində öz öhdəliiklərinin azaldılmasının üçüncü addımını ləğv etməsini istəmələrinə işarə edərək, əlavə edib: Bu barədə qərar çıxarmaq İran İslam Respublikasının ixtiyarındadır və əgər nüvə anlaşmasının xarici tərəflərinin öhdəlikləri icra olunmazsa, mütləq bu addım öncəki addımların davamında atılacaqdır.

İran İslam Respublikası Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasından bir il və Avropanın Amerikanın bu hərəkətinin göstərdiyi iqtisadi nəticələrin əvəzini çıxmaq üzrə təklif etdiyi həll yollarının faydasız olmasının sübuta yetməsindən sonra bu anlaşmanın 26 və 36-cı maddələrinə əsasən, özünün nüvə anlaşması öhdəliklərinin bir hissəsinin icrasını dayandırdı.

Teqlər