Avq 04, 2019 17:59 Asia/Baku
  • Vaezi: Tehran-Bakı münasibətləri genişlənməkdədir

İran İslam Respublikası Prezident Adminstrasiyasının rəhbəri deyib ki, Amerikanın sanksiyalarına rəğmən, Tehran-Bakı münasibətləri və əməkdaşlıqları keçmişdəkindən daha çox və müxtəif istiqamətlərdə genişlənibdir.

Mahmud Vaezi Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə iki ölkənin ticarət mübadilələrinin ikiqatdan da çox artmasına işarə edib. Bildirib ki, Tehran və Bakı əczaçılıq, avtomobilqayırma, müştərək sərmayə yatırımları və regional məsələlərdə çox yaxşı əməkdaşlığa malikdirlər.

Vaezi deyib ki, Astara-Astara dəmiryolunun qovuşması və İran ərazisində terminalın yaradılması ilə şimal-cənub dəhlizində fəaliyyət genişlənib. Ümidvarlıq edib ki, gələn həftə İran, Azərbaycan Respublikası və Rusiyanın dövlət başçıları arasında Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli iclasın təşkili ilə bu üç ölkənin müxtəlif istiqamətlərdəki əməkdaşlığı daha da genişlənəcəkdir.

Şahin Mustafayev də münasibətlərin genişlənməsi və Tehran ilə Bakı arasındakı qarşılıqlı etimaddan razılıq edib. Deyib ki, Amerikanın sanksiyaları və təzyiqlərinin iki ölkə münasibətlərinə heç bir təsiri yoxdur.

Teqlər