Avq 14, 2019 23:01 Asia/Baku
  • Yarım milyondan çox suriyalı didərgin vətənə qayıdıb

Suriyanın qərbindəki Xmeymim aviabazasında Rusiya koordinasiya mərkəzinin direktoru 580 min nəfərdən çox suriyalının ölkəsinə qayıtmasından xəbər verib.

Xmeymim aviabazasında Rusiya koordinasiya mərkəzinin direktoru Aleksey Bakin bu gün suriyalı didərginlərin xarici ölkələrdən qayıdış miqdarını 585 min 380 nəfər elan edib və belə deyib: Öz evlərini tərk edərək, Suriyadakı digər məntəqəyə getmiş suriyalılardan bütövlükdə bir milyon 300 min nəfər öz mənzilinə geri dönüb.

Aleksey Bakin avqustun 2-dən atəşkəsin elan olunmasına rəğmən, qanunsuz silahlı qrupların İdlib və Laziqiyyə vilayətlərindəki yaşayış massivlərinə qarşı hücumlarının davam etməsinə toxunaraq, deyib ki, təkcə bir sutka ərzində bu qruplar 25 dəfə atəşkəsi pozublar.

Suriyanın ordu qüvvələri dünən İdlibin cənub ətrafında əməliyyat keçirərək, 20 terrorçunu öldürüblər.

Suriya ordusunun terrorçuları məğlub etməsi və bu ölkədə nisbi təhlkəsizlik yaratması ilə suriyalı didərginlər öz ölkələrinə geri dönməkdədirlər.

Teqlər