Sen 08, 2019 18:20 Asia/Baku

Muhərrəmulhəram ayının səkkizinci gecəsində şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbəri, həmçinin üç hakimiyyət qüvvəsinin başçıları və xalqın müxtəlif təbəqələrinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Ali bir çıxışda gənc-i, Həzrət Seyyiduşşuhəda(ə) qiyamı daxil olmaqla tarix boyu haqq qiyamlarında öncül bir element adlandırıb. O, deyib: İslam İnqilabının Böyük Rəhbəri "ikinci addım" bəyanatında gəncləri özlərinin xas xitabolunanları qərar verdilər və İslam İnqilabı öz təkamül hərəkətini davam etdirmək üçün dərin şəkildə mömin, inqilabçı və mütəxəssis gənclərin idarəçilik və icra meydanlarında şücaətləri və yaradıcılıqlarına ehtiyaclıdır.

Höccətulislam vəlmuslimin Ali, Həzrət Əli Əkbər(ə)-ın düşmənin mədəniyyət hücumu ilə mübarizədə bugünkü gənclər üçün münasib meyar adlandırıb. O, deyib: Düşmənlərin ağır mədəni və psixoloji hücumları qarşısında öz paklığı və həyasını qoruya biləcək və vilayətdən ayrılmayacaq gənc Həzrət Əli Əkbər(ə)-ın davamçısıdır.

Bu mərasimdə həmçinin cənablar Vazehi və Sələhşur müsibəti zikr edib, növhələr oxuyublar.

Teqlər