Okt 16, 2019 22:03 Asia/Baku

İran və Türkmənistan qaz, işıq, enerji, tikinti materialları və dəmir vəsaitrləri svopü üzrə əməkdaşlıq anlaşması imzalayıblar.

İran və Türkmənistanın birgə iqtisadi komissiyasının on birinci iclası Türkmənistan xarici işlər nazirliyində keçirilib.

İranın yol və şəhərsalma naziri Mohəmməd Eslami və Türkmənistanın baş nazir müavini və xarici işlər naziri Rəşid Mərdovun həmsədrliyi ilə keçirilən bu iclasda iki tərəf qaz, işıq, enerji, tikinti materialları və dəmir və polad vəsaitrləri svopü, həmçinin dəmiryolu və şose yolu ilə əmtəə mal tranziti, habelə uçuş xətlərinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq anlaşması imzalayıb. Həmçinin iki ölkə arasında gömrük tariflərinin eyniləşdirilməsi və onunla bağlı qaydalar iki ölkənin razılaşmasının digər maddələrindəndir.

Türkmənistan xarici işlər naziri bu iclasda iki ölkənin siyasi əlaqələrinin son illərdə, xüsusən Qurbanqulu Berdıməhəmmədovun prezidentliyi dövründəki inkişaf səviyyəsinə toxunaraq, qarşılıqlı iqtisadi əlaqələr səviyyəsinin yüksəldilməsini vurğulayıb.

İranın yol və şəhərsalma naziri də keçmişdə iki ölkə arasında razılaşdırılmış/ gündə min ədəd yük maşını keçidinin reallaşması üçün dəmiryolu və şose yolu vasitəsilə əmtəə mal tranziti, həmçinin dəniz nəqliyyatı sahəsində həmkarlığın genişləndirilməsinə və uçuş xətlərinin artırılmsasına təkid edib.

Bu iclasda İranın neft nazirinin ticarət və beynəlxalq məsələlər üzrə müavini Əmir Hoseyn Zəmaniniya nazirliyin Türkmənistan qazının, İran qazının ənənəvi alıcısı olmayan ölkələrə, xüsusən Xəzərin qərbindəki ölkələrə svopuna hazır olmasından xəbər verib.

 

Teqlər