Okt 27, 2019 17:24 Asia/Baku

Tehranın vilayətsevər əhalisi İslami İranın digər bölgələri kimi dünən gecə 28 səfər ərəfəsində İmam Xomeyni(r.ə)-ın pak ziyarətgahında əzadarlıq mərasimləri keçirib, böyük İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı, Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti matəmində göz yaşları axıdaraq, Əhli-Beyt(ə)-a öz hörmətlərini ifadə edib.

Əzadarlar dünən gecə İmam(r.ə)-ın pak ziyarətgahında olaraq, İslam Peyğəmbəri (s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti münasibətilə Həzrət Vəliyyi-Əsr(əc)-ə və İslam İnqilabının Böyük Rəhbərinə başsağlığı verərək, əzadarlıq ediblər.

Bu mərasimdə Əhli-Beyt(ə) məddahları növhələr oxuyublar. Dini natiqlər də Böyük Peyğəmbəri (s.ə.s)-in və İmam Həsən Muctəba(ə)-ın çoxdəyərli həyatlarından hissələri bəyan ediblər. Onlar insanlara bu böyük şəxsiyyətlərin həyatlarını meyar götürməyi tövsiyə ediblər.

Oxşar mərasimlər müxtəlif bölgələrdə, xüsusən Məşhəd şəhərində səkkinci imam Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın nurlu hərəmində və Qum şəhərində Həzrət Məsumə(s.ə)-ın pak ziyarətgahında Əhli-Beyt(ə) aşiqlərinin iştirakı ilə keçirilib. Paklıq Əhli-Beyti(ə) vurğunları Əhli-Beyt(ə) məddahlarının avazı ilə mehribanlıqlar peyğəmbərinin vəfatı və şiələrin birinci imamının övladının şəhadəti münasibətilə matəm göz yaşları axıdılıb.

Bu gün, 1441-ci h.q. ili səfər ayının 28-i və 2019-cu milad ili oktyabrın 27-i, əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və dünya şiələrinin ikinci imamı, Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.

Əziz İslam Peyğəmbəri(s.ə.s.) vəfatından öncəyədək, 11-ci hicri qəməri ilində şəfqətlə peyğəmbər şəriətininin əhkam və əsaslarını möhkəm, mətin və münasib üsullarla bəyan etdi və din maarifinin yayılmasında və onun istiqamətləndirilməsində ən yaxşı tərzdə səy göstərdi.

Möhtərəm atası Həzrət Əli ibn Əbi Talib(ə) ilə təqribən otuz il yanaşı olmuş Həzrət İmam Həsən Muctəba(ə) əllinci hicri qəməri ili səfər ayının 28-də 47 yaşında Müaviyyənin göstərişi ilə öz həyat yoldaşı tərəfindən zəhərləndirilərək şəhid oldu.

 

 

Teqlər