Okt 30, 2019 19:12 Asia/Baku

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri özlərinin Cenevrədə keçirilən iclaslarının yekun bəyanatında Suriyanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyünün qorunması vacibliyini vurğulayıblar.

Astana prosesinə üzv ölkələrin üçtərəfli iclası dünən gecə İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlunun iştirakı ilə İsveçrənin Cenevrə şəhərində keçirilib.

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri bu iclasdan sonra bir açıqlamada bir daha Suriyanın suverenliyi, istiqlaliyyəti, birliyi və ərazi bütövlüyünü vurğulayıblar. Onlar Suriyadakı terror qruplarının son məğlubiyyətinədək öz həmkarlıqlarını davam etdirmək barədə razılaşıblar.

Zərif, Lavrov və Çavuşoğlu bu açıqlamada Suriya əsas qanun komitəsinin yaradılmasını da alqışlayıblar.

 

Teqlər