Azərbaycan XİN İrana başsağlığı verib
Noy 09, 2019 14:44 Asia/Baku
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizdə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.
"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə qeyd olunub.