Noy 12, 2019 18:59 Asia/Baku
  • AEBA əlavə protokolun İran tərəfindən könüllü şəkildə yerinə yetirilməsini etiraf edib

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə anlaşmasının icrasına dair faktların yoxlanılması barədə yeni hesabatının yayılmasından xəbər verib.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi dünən deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatına əsasən, agentliyin nüvə anlaşması barədəki fakt araşdırma fəaliyyətləri 2016-cı il yanvarın 16-dan bəri davam edir.

Qəribabadi əlavə edib: Bu hesabata əsasən, İran “Fordo”da UF6-nın zənginləşdirilməsinə başlayıb və İranın zənginləşdirmə səviyyəsi də 4,5%-ə çatıbdır.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatında İranın zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı noyabrın üçünədək 372,3 kiloqram elan olunub. O, deyib: Agentlik bu hesabatda həmçinin elan edir ki, İran özünün son elanına əsasən, yeni sentrifuqalar da quraşdırıbdır.

Qəribabadinin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi öz hesabatında vurğulayıbdır ki, lazım olan məkanlara baş çəkə bilir. O, əlavə edib: Agentlik etiraf edibdir ki, İran əlavə protokolun könüllü və müvəqqəti icrasını davam etdirir və İranda qeyd olunan fəaliyyətlər və maddələrdən yayınmamanın düzgünlüyünün yoxlanılması davam edir.

 

Teqlər